CodeIgniter-də Form Validation kitabxanasının is_unique şərti

Jan 15, 2016

Hazırda çalışdığım bir layihədə tələb CodeIgniter framework-undən istifəadə etməkdir. Niyə məhz CodeIgniter sualını cavablamaq istəmirəm, çünki bu mənim seçimim deyil.

Deməli, form-a da doldurulun məlumatların yoxlanılması üçün müxtəlif şərtlər var. Hətta özəl şərtlər də əlavə etmək olur.

Mənə məhz is_unique şərti lazım idi, hansı ki, daxil edilən məlumatın cədvəldə unikallığını yoxlayırdı. Hər şey əla idi, amma gəl ki, məlumatı redakdə edərkən problemlə qarşılaşdım. Şərt cədvəldə yoxlama edərkən cari məlumatı (cədvəlin sırasını) da yoxlamadan keçirirdi və bu da təbii olaraq şərtin ödənməməsinə gətirib çıxarırdı. Koroğlu demiş, sözlə dediyimi kodla göstərim:Continue Reading

Özünə hörmət elə

Nov 26, 2015

Bir neçə gün öncə Anar Dschafarov şəxsi facebook profilində maraqlı bir status paylaşdı:

Bu gündən belə proqramçılara belə bir şərt!
2000 AZN-dən aşağı müştəriyə iş görən “…” ən axırıncı adamdır.

 

Deməli məsələ nədir. Əslində çoxdan hamının etdiyi şikayətdir bu, sahəsindən asılı olmayaraq və proqramçılar arasında da bu problem mövcuddur.

“Proqramçıları” 2 qrupa bölək: 1. həqiqətən proqramçılar; 2. hazır sistemlərlə yola verənlər. Əfsuslar ki, bu yola verənlər bəzi sifarişçilərin başlarını “tovlaya” biliblər. Belə ki, məntiqə sığılmayacaq dəyərdə xidmət təklif edirlər. Bu tip insanlar adətən bekar, avara insanlardır, amma…

Bir amma da var ki, bu aşağı qiymət təklif edənlərin arasında yaxşı proqramçılar da var. Onların belə təklif etmələrinin səbəbləri bazarı ələ keçirmə arzusu (hansı ki, mümkün deyil), sifariş qıtlığı və ya sifariş tapa bilməmək, tanış-dostlara endirim etmək və s.-dir.

Qiyməti endirdiyimiz zaman, öz əməyini hörmətdən salmış olursan. Necə ki, bir dəfə bir sifarişçiyə fotoqrafın xidmətinin dəyərini bildirdikdə, “acından öləndirlər, 5-10 manat verib çəkdirin daa” deməsi ilə fotoqrafa qoyduğu hörmək kimi. Vaxt gələr bizə də belə “hörmət qoyarlar”, əgər əməyimizin dəyərini bilməsək.

Özümün yaşadığı hallardan biri elə bu yaxınlarda facebook profilimdə qeyd etdiyim bir şirkətlə yaşadığım problem oldu. Məsələni təkrar gündəm etmək istəmirəm, sadəcə günahı özümdə görürəm ki, gərək öncədən endirim, güzəşt və s. etməzdim. İş-işdir və tanış-tunuş söhbətlərini bura qatmaq olmaz. Tanışa edirsənsə, ya pulsuz et, ya da etmə. Tanışın insafına qalır ki, sənə “şirinlik” verə ya verməyə.

Yəni məsələ budur, şərt 2000 və ya başqa məbləğ deyil. Odur ki, #özünəhörmətelə!

Phalcon-la sağollaşma

Nov 11, 2015

Dəyərli dostlar!

Artıq 1 ildən artıqdır ki, phalconla işləyirəm. Bu müddətdə onda olan çatışmamazlıqların bir çoxunu gördüm. Ona görə də yeni layihələrdə çox güman ki, istifadə etməyəcəyəm.

Bu və digər səbəblərdən də phalconla bağlı dərsi dayandırmalı oldum, amma yenə də kiminsə marağı olacaqsa, şəxsən müraciət edə bilər və mümkün köməyimi əsirgəməməyə çalışaram.

Birlikdə öyrənək?

Sep 14, 2015

Açığı əvvəllər php-dən kurs keçmək istəmişəmsə də alınmayıb. Vaxt ilə bağlı problemlərim olur. Ona görə də mümkün variantdan istifadə etməyi düşündüm.

PHP, Phlacon, jQuery, HTML5, CSS3, MySQL mövzularında konkret həllər hazırlayaraq, yeni başlayanlara kömək olmaq niyyətindəyəm, bəlkə də özüm də sizdən nəsə öyrəndim. Ən azından xətalarımı göstərsəniz sevinərəm.

Beləliklə bu mövzuya konkret olaraq mövzular yazın, ona əsasən də tutorial tipli dərslərimizə başlayarıq.

P.S. Başqa kimsə də müəllif olaraq bloqumda məqalə paylaşmaq istəsə mənə bildirə bilər.

ReBorn və qızımın ad günü

Sep 4, 2015

Çoxdandır çalışıb fəaliyyətini bərpa etməyə çalışdığım bloqumu artıq start edə bilərəm. Əvvəlkindən biraz fərqli yanaşacam hər şeyə, amma əsas odur ki, hər şeyə yanaşacam ;)

Continue Reading

20 YANVARDAN SONRA

Jan 21, 2015

Bu yaxınlarda Lənkəranda hüzürdə olmuşdum. Çoxunluğun dediyi kimi məclisi avam molla idarə etmirdi. O qədər gözəl söhbət etdi ki, Allah ondan razı olsun.

Continue Reading