Birlikdə öyrənək?

Sep 14, 2015

Açığı əvvəllər php-dən kurs keçmək istəmişəmsə də alınmayıb. Vaxt ilə bağlı problemlərim olur. Ona görə də mümkün variantdan istifadə etməyi düşündüm.

PHP, Phlacon, jQuery, HTML5, CSS3, MySQL mövzularında konkret həllər hazırlayaraq, yeni başlayanlara kömək olmaq niyyətindəyəm, bəlkə də özüm də sizdən nəsə öyrəndim. Ən azından xətalarımı göstərsəniz sevinərəm.

Beləliklə bu mövzuya konkret olaraq mövzular yazın, ona əsasən də tutorial tipli dərslərimizə başlayarıq.

P.S. Başqa kimsə də müəllif olaraq bloqumda məqalə paylaşmaq istəsə mənə bildirə bilər.

ReBorn və qızımın ad günü

Sep 4, 2015

Çoxdandır çalışıb fəaliyyətini bərpa etməyə çalışdığım bloqumu artıq start edə bilərəm. Əvvəlkindən biraz fərqli yanaşacam hər şeyə, amma əsas odur ki, hər şeyə yanaşacam ;)

Continue Reading