Bu yaxınlarda Lənkəranda hüzürdə olmuşdum. Çoxunluğun dediyi kimi məclisi avam molla idarə etmirdi. O qədər gözəl söhbət etdi ki, Allah ondan razı olsun.

Həmin yas məclisi Hicri Səfər ayı bitəndən sonra olmuşdu. Molla fikirlərini sizə çatdırıram:

Məhərrəmliyi 2 cür insan gözləyir: biri deyir tez gəlsin toylardan canımız qurtulsun, digəri tez gəlsin İmam Hüseynin (ə) əzadarlığını edim. Məhərrəmlikdə hər kəs telefonuna, maşınına dini musiqilər yazdı, qara geyindi və s. əməllər etdi. Səfər ayı bitən kimi isə hamısı birdən kəsildi.

Baxın etdiyiniz əzadarlıq, İmam Hüseyni (ə) yad etmə, Aşuranı anma ibadətinin qəbulu ancaq sizin növbəti Aşura gününə kimi, bir il ərzində yaşam tərzinizdən və əməllərinizdən asılıdır. İmam Hüseyni yad edən bir günlük, qırx günlük etməz, daim o  Kərbəla hadisəsini yadında saxlayar və hər anında yaşayar.

Bəli 20 yanvar da bizim millətin yaşadığı böyük acı və dəhşətlərdən biridir. Mollanın dediyi ancaq Aşuraya aid deyil, bütün faciələrə aiddir. Bu günümüzü ancaq hər il 20 yanvar tarixində yada salmayaq, başqa vaxtlar da imkan edib, məzarlarını ziyarət edək, ruhlarına dualar edək. Allah onlara rəhmət eləsin.

Comments

comments