Makretinq haqqında uzun danışmayacam, sadəcə bilməyənlər üçün qısa deyim ki, məhsulun satışı, aqibəti və s. ilə məşğul olan sahədir. Bura PR(reklam) da daxildir.

Bəziləri isə irəli isə irəli gedərək, Qara-PR da edirlər. Yəni başqalarının məhsullarını pisləməklə öz məhsullarına tərəf insanların istiqamətini dəyişirlər. Əslində ən asanı da budur. Çünki mənfi düşüncəli kütlənin qarşısını almaq çox çətindir. Bu kütlə araşdırma aparmağı sevmir və adətən topluma uyur. Toplum çoxluqdur, çoxluq isə özünüz bilirsiz nədir…

İllərdir brend məhsulların “davası” gedir. Bunlardan bizə daha yaxın olanlardan Türkiyədə gedən prosesləri misal göstərmək olar. Müsəlman dünyasına öz məhsullarını satmaq üçün qərb və yəhudi əsilli məhsullara baykotlar edilir, sosial şəbəkələrdə müxtəlif etiraz şəkilləri yayılır və s. Əgər məsələ dini əqidədirsə, dinimiz qeyri-müsəlmanla ticarəti halal edibdir. Yox məsələ onların iqtisadiyyatının güclənməsi və bununla müsəlmanlara qarşı müharibələrdə onların ölümüdürsə, heç əziyyət çəkməyin həmin mənfi güclər istənilən cür sizin cibinizdən özlərinə istənilən dəstəyi alacaqlar. Onlara qarşı çıxacaq gücdə deyilsiz, kütlə olduğunuz müddətcə. Bunun həlli isə ağıllı bir liderə, yeni iqtisadi modelə ehtiyac vardır.

Keçək konkret misallara:

Enerji içkiləri – bütün enerji içkilərinin tərkibində taurin maddəsi olur. Elə məhz bu maddə enerji yaradır. Mifə görə bu maddə donuzun(bəziləri isə öküzün) spermasından alınırmış. Wiki məlumarlarına əsasən insan və heyvanların dəri toxumalarında və ödündə mövcud olur. Tibbdə və qida əlavəsi kimi istifadə olunur. Maddənin alınması burada ətraflı qeyd olunub, amma inanın orda nə donuzdan söhbət gedir, nə də spermadan.

Jelibomlar – Balıq, mal-qara, qoyun, donuz və s. heyvanların onurğa beynindən alınan jelatindən yaranır. Ucuz olduğu üçün əsasən donuzdan istifadə edilir. Ən bahalısı balıqdan hazırlanandır və əsasən apteklərdə satılır. Yəni könlünüzdən jelibom keçirsə, aptekə üz tutmağınız məsləhətdir.

Burada başqa məhullar da ola bilər. Misal kolanı südlə qarışdıran ağıllılar da var, hansı ki, bunu sadə kimya ilə izah etmək olar.

Yəni əzizlərim, belə nağıllara uyub hərəkət etməyin, şübhələnirsiz, istifadə etmək istəmirsiz, etməyin. Amma həmin qara-pr aləti olan kütləyə çevrilməyin.

Comments

comments