Bir neçə gün öncə Anar Dschafarov şəxsi facebook profilində maraqlı bir status paylaşdı:

Bu gündən belə proqramçılara belə bir şərt!
2000 AZN-dən aşağı müştəriyə iş görən “…” ən axırıncı adamdır.

 

Deməli məsələ nədir. Əslində çoxdan hamının etdiyi şikayətdir bu, sahəsindən asılı olmayaraq və proqramçılar arasında da bu problem mövcuddur.

“Proqramçıları” 2 qrupa bölək: 1. həqiqətən proqramçılar; 2. hazır sistemlərlə yola verənlər. Əfsuslar ki, bu yola verənlər bəzi sifarişçilərin başlarını “tovlaya” biliblər. Belə ki, məntiqə sığılmayacaq dəyərdə xidmət təklif edirlər. Bu tip insanlar adətən bekar, avara insanlardır, amma…

Bir amma da var ki, bu aşağı qiymət təklif edənlərin arasında yaxşı proqramçılar da var. Onların belə təklif etmələrinin səbəbləri bazarı ələ keçirmə arzusu (hansı ki, mümkün deyil), sifariş qıtlığı və ya sifariş tapa bilməmək, tanış-dostlara endirim etmək və s.-dir.

Qiyməti endirdiyimiz zaman, öz əməyini hörmətdən salmış olursan. Necə ki, bir dəfə bir sifarişçiyə fotoqrafın xidmətinin dəyərini bildirdikdə, “acından öləndirlər, 5-10 manat verib çəkdirin daa” deməsi ilə fotoqrafa qoyduğu hörmək kimi. Vaxt gələr bizə də belə “hörmət qoyarlar”, əgər əməyimizin dəyərini bilməsək.

Özümün yaşadığı hallardan biri elə bu yaxınlarda facebook profilimdə qeyd etdiyim bir şirkətlə yaşadığım problem oldu. Məsələni təkrar gündəm etmək istəmirəm, sadəcə günahı özümdə görürəm ki, gərək öncədən endirim, güzəşt və s. etməzdim. İş-işdir və tanış-tunuş söhbətlərini bura qatmaq olmaz. Tanışa edirsənsə, ya pulsuz et, ya da etmə. Tanışın insafına qalır ki, sənə “şirinlik” verə ya verməyə.

Yəni məsələ budur, şərt 2000 və ya başqa məbləğ deyil. Odur ki, #özünəhörmətelə!

Comments

comments