Bir neçə gün öncə #phalconphp ilə bloq qurmağın dərsliyini hazırlayacağımı demişdim. Bəzi səbəblərdən bu məsələ yubandı. Amma əsas odur ki, başlaya bildim.

Nə üçün Phalcon sualını indi cavablandırmayacam, məsələ indi bu deyil.

İlk öncə faylların strukturunu təyin etmək lazımdır. Məndə struktur belədir:

file-structureapp – proqramın əsas kodu burada yerləşəcək;

config – adından bəlli ki, sistemin sazlamaları bu qovluqda olacaq;

controllers, models, plugins, views – kontrollerlər, modellər, qoşmalar və görüşlərin qovluqları;

files – sistemin işləməsində lazım olan faylları saxlamaq üçün qovluq (misal, watermark faylını burada saxlamaq olar);

traits – bu qovluqda bir çox köməkçi klaslar saxlanacaq, misal üçün validator – yoxlama klasları;

logs – burada loq fayllarını saxlayacağıq;

public – css, js faylları və yüklənmiş fayllar bu qovluqda olacaq;

tmp – müvəqqəti fayllar üçün qovluq.

Növbəti yazıda config qovluğuna daxil fayllar barədə yazacağam və ən əsası bu yazının çox yubanmamasına çalışacam .

P.S. Dostlar bu mənim ilk tutorial tipli dərsliyimdir. Odur ki, çox da sərt tənqid etməyin ;)

Comments

comments