Çoxdandır çalışıb fəaliyyətini bərpa etməyə çalışdığım bloqumu artıq start edə bilərəm. Əvvəlkindən biraz fərqli yanaşacam hər şeyə, amma əsas odur ki, hər şeyə yanaşacam ;)

Düz 4 il öncə qızım Betülü Allah bizə əmanət etdi. Məni ata, Səbinəni ana etdi bugün Allah (c.c.).

Qızım səni təbrik edirəm, arzum ilk öncə Allaha xeyirli qul olmağındır, daha sonra ən gözəl analardan olman və bundan sonra isə cəmiyyətə fayda verəcək bir vətəndaş olmağındır. Allaha xeyirli qul olmağın digər arzuların təminatçısıdır. Yaxşı ana cəmiyyət üçün ən xeyirli övlad verər, bu da növbəti arzunun təminatçısı.

Bu arzumu qızım indi oxuya bilmir, özüm deyəcəm. Amma anlamayacaq. İnşəAllah anladığı vaxta qədər bu sayt qalar və özü bir daha yazdıqlarıma nəzər yetirər. Bu da vacib deyil, arzum yerinə yetsin kifayət edər…

Comments

comments